Mahmud Qurbanov üçün tort kəsildi

Mahmud Qurbanov üçün tort kəsildi
XƏBƏR 12 May 2010 / 10:31 1789
-  A +

“Bakı” klubu komandanın yarımmüdafiəçisi Mahmud Qurbanovun 37 yaşını qeyd edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən komandanın axşam məşqindən sonra kollektiv Qurbanovu təbrik edərək, ona qiymətli hədiyyə bağışlayıb. Onqat Azərbaycan çempionunun şərəfinə tort kəsilib. Karyerasının qürub çağında “professor”a mükafatlar kolleksiyasını zənginləşdirmək arzu edilib.
Diqqət və qayğıya görə klub rəhbərliyinə və komanda yoldaşlarına təşəkkürünü bildirən Mahmud Qurbanov, öz növbəsində “Bakı”nın uğurları üçün bundan sonra da var gücü ilə oynamağa hazır olduğunu deyib.

 


Son xəbərlər