Portuqaliya millisinin üzvü "Lester"də - rəsmi

Portuqaliya millisinin üzvü "Lester"də - rəsmi
XƏBƏR 20 May 2018 / 14:01 3305
-  A +

“Lester” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, çempionatı 9-cu sırada başa vuran komanda “Portu”dan Rikardo Pereyranın keçidini həll edib. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanacaq.

“Lester” Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək. İngili klubu müqavilədə göstərilən hədəflərə çatacağı təqdirdə “Portu” daha 5 milyon qazanacaq.

Qeyd edək ki, Pereyra Portuqaliya millisinin DÇ-2018 üçün açıqlanan yekun heyətində yer alıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki