Qrizmannın əvəzinə Vardi?

Qrizmannın əvəzinə Vardi?
XƏBƏR 20 May 2018 / 10:05 4393
-  A +

“Atletiko” “Barselona”ya keçidi gündəmdə olan Antuan Qrizmanna əvəzləyici tapıb.

Qol.az-ın “Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone fransalı yarımmüdafiəçinin boşluğunu “Lester”in hücumçusu Ceymi Vardi ilə doldurmaq niyyətindədir. Ancaq öz bombardirini buraxmaq istəməyən ingilis klubu yeni müqavilə üçün 31 yaşlı forvardla danışıqlara başlayıb. “Atletiko” isə “Lester”i fikrindən daşındırmaq üçün transfer qiyməti 16 milyon funt olan hücumçuya ən azı 20 milyon təklif etməyə hazırdır.

Qeyd edək ki, “Lester”in 2012-ci ildə “Flitvud” klubundan 1 milyon funta aldığı Vardi bu mövsüm İngiltərə çempionatında keçirdiyi 37 oyunda 20 qol vurub.

Son xəbərlər