Superliqaya yüksələn üçüncü komanda bəlli oldu

Superliqaya yüksələn üçüncü komanda bəlli oldu
XƏBƏR 20 May 2018 / 01:44 5250
-  A +

Növbəti mövsümdə Türkiyə Superliqasında mübarizə aparacaq sonuncu - 18-ci komandanın adı məlum olub.

Qol.az xəbər verir ki, pley-off mərhələsinin finalında “Qaziantep” “Erzurum BB” ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb. Penaltilərdə 6:5 hesabı ilə qalib gələn “Erzurum BB” Superliqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Superliqanı “Osmanlıspor”, “Gənclərbirliyi” və “Kardemir Karabük” tərk edib. “Rizəspor” I divizionun qalibi, “Ankaragücü” isə ikinci yerin sahibi kimi növbəti mövsüm Superliqada iştirak hüququ qazanıblar.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki