Balotelli 4 ildə sonra millidə

Balotelli 4 ildə sonra millidə
XƏBƏR 20 May 2018 / 00:29 4076
-  A +

Roberto Mançini İtaliya millisinin BƏƏ, Fransa və Hollandiya ilə yoxlama oyunları üçün heyəti açıqlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Skuadra Adzurra”nın yeni çalışdırıcısının dəvət göndərdiyi oyunçular arasına Mario Balotelli də var.

“Nitsa”nın forvardı sonuncu dəfə milliyə 4 il əvvəl dəvət almışdı. 2014-cü ildə yığmada 3 oyunda 1 qol vuran SuperMario həmin vaxtdan sonra “Skuadra Adzurra”nın heyətindən kənarda qalırdı.

Qeyd edək ki, Balotelli cari mövsümdə 36 oyunda 26 qol vurub.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı