"Kəpəz" son oyuna ciddi itkilərlə çıxacaq

"Kəpəz" son oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 19 May 2018 / 22:42 1685
-  A +

Topaz Premyer Liqasının sonuncu – 28-ci turunda Gəncədə “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını başa vurub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər”in cari mövsümdə doğma meydandakı son məşq prosesi 1 saatdan çox çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq toplu çalışmalarla davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.

“Kəpəz” Bakı təmsilçisi ilə oyuna itkilərlə çıxacaq. Müdafiəçilər Dedimar Ferreyra, İqor Korotetski, yarımmüdafiəçilər İlyas Səfərzadə, Ceyhun Cavadov və hücumçu Şadon Vinçester zədəli olduqlarından oyunu buraxacaqlar. Kamran Abdullazadə isə cəza səbəbindən kənarda qalacaq.

İtkilərin yerini doldurmaq üçün baş məşqçi Yunis Hüseynov əvəzedici heyətin 6 üzvünü əsas komandaya cəlb edib. Cavid Əskərov, Qaraxan Əliyev, Emin Zamanov, Şöhrət Quliyev, Əli Səmədov və Emin Zamanov bu günkü məşqə qatılıb.

Qeyd edək ki, “Kəpəz” - “Neftçi” oyunu sabah 17:15-də başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord