"Qalatasaray" çempionluğu rəsmiləşdirdi

"Qalatasaray" çempionluğu rəsmiləşdirdi
DÜNYA FUTBOLU 19 May 2018 / 21:56 4941
-  A +

Türkiyə Superliqasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, sonuncu – 34-cü turda səfərdə Bafetimbi Qomisin penaltidən vurduğu qolla “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 75-ə çatdıraraq, 21-ci çempionluğunu rəsmiləşdirib.

Doğma meydanda “Konyaspor”a qalib gələn (3:2) və “Qalatasaray”dan 3 xal geri qalan “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Başakşəhər” isə 72 xalla mövsümü 3-cü pillədə bitirib.

Qeyd edək ki, “Qalatasaray” və “Fənərbaxça” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” və kubokun qalibi “Akhisarspor” isə Avroliqada mübarizə aparacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord