Sizin əbədi Canluici Buffon!

Sizin əbədi Canluici Buffon!
DÜNYA FUTBOLU 19 May 2018 / 16:39 5650
-  A +

“Yuventus”un canlı əfsanəsi Canluici Buffon bu gün Turin klubunda son oyununa çıxacaq.

Qol.az-ın xəbərinə görə, komandanın kapitanı “Verona” ilə oyun öncəsi şəxsi instaqram hesabında azarkeşlərlə vidalaşıb:

“Altı min yüz on bir gün. Təmiz ehtirasın altı min anı,  sevinc, göz yaşı, məğlubiyyət və qələbə. Sağ olun.

Səfər başa çatır, kitab bağlanır. Bu kitabı sizinlə birgə yazmışıq. Emosiyam həddindən artıq çoxdur. Yeni yolun başlanması qaçılmazdır. Yeni kitabın yazılması lazımdıt. Bu, mütləq baş verməlidir.
“Yuventus” həmişə istənilən futbolçudan böyük olacaq. “Yuventus” mənim ailəmdir. Onu həmişə sevəcəm. Bu klub mənim ona verdiyimdən qat-qat artığını mənə verib.

Mən stadiona velospiedlə gəlmişdim. Onda elə gənc idim ki... Sabah elə getmək istəyirəm ki, hər anı hiss edim, ayrılığın gətirdiyi kədər, alıqşların verdiyi sevinc hissini duyum.

İstəyirəm biləm ki, “ailəm” dediyim yerdən o qədər də uzaqda olmayacam. Həmişəlik. Sizin əbədi Canluici Buffon!”

Qeyd edək ki, 40 yaşlı Buffon 2001-ci ildən Turin klubunda çıxış edir.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı