“Zirə” son oyuna 4 itki ilə çıxacaq

“Zirə” son oyuna 4 itki ilə çıxacaq
XƏBƏR 19 May 2018 / 15:54 1720
-  A +

Topaz Premyer Liqada mövsümün sonuncu – 28-ci turunda “Sumqayıt”ın qonağı olacaq “Zirə” oyuna itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, müdafiəçilər Aleksandr Şemonayev və Yovan Krneta zədəli, yarımmüdafiəçi Milan Duriç və müdafiəçi Jozef Bum isə cəzalı durumda olduğundan bu vacib qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” oyunu mayın 20-də keçiriləcək.

Son xəbərlər