"Astana"nın 11 oyunçusu millimizlə matça çağırıldı

"Astana"nın 11 oyunçusu millimizlə matça çağırıldı
GÜNDƏM 19 May 2018 / 11:55 3473
-  A +

Qazaxıstan millisinin Azərbaycanla yoxlama oyunu üçün yığmaya çağırdığı 12 futbolçusunun adı məlum olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onlardan 11-i "Astana"nın oyunçusudur. Bunlar qapıçılar Nenad Eriç, Aleksandr Mokin, müdafiəçilər Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Evgeni Postnikov, Abzal Beysebekov, yarımmüdafiəçilər Serikjan Muşikov, Baktier Zaynutdinov, hücumçular Roman Murtazayev və Aleksey Şetkindir.Bundan başqa, "Atırau"nun hücumçusu İqor Zenkof milliyə çağırılıb.

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan görüşü iyunun 5-i keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı