Əsgər Abdullayev: “Həttə birinci dəstə komandasında da işləməyə hazıram”

Əsgər Abdullayev: “Həttə birinci dəstə komandasında da işləməyə hazıram”
XƏBƏR 11 May 2010 / 19:04 2185
-  A +

Başa çatmaqda olan mövsümün əvvəlində “Olimpik-Şüvəlan”la yollarını ayıran Əsgər Abdullayev istənilən komandada işləməyə hazırdır. Bu haqda Qol.Az-a açıqlamasında “təyyarəçilər”in sabiq çalışdırıcısı özü məlumat verib. Paytaxt klubundan ayrılandan bəri işsiz olan təcrübəli mütəxəssis hazırda yeni təkliflər gözləyir. Hələlik sərfəli təklif almadığını deyən Abdullayev nəinki ölkə xaricində işləməyə, istənilən komandanı, həttə birinci dəstədə yarışan klubu belə çalışdırmağa hazır olduğunu deyir: “Düzdür, artıq mövsümün sonu olduğundan əksər klublar müəyyən dəyişikliklərə əl atmaqda maraqlı olur. Mən də indiki məqamda müəyyən təkliflər alacağımı gözləyirəm. Amma hələlik elə dəvət almamışam. Alsam, dərhal dəyərləndirməyə çalışaçacağam. Çünki belə işsiz, futboldan kənarda qalmaq heç də xoş deyil. İndiki məqamda istənilən komandada çalışmağa hazıram. Ölkə xaricindən dəvət gəlsə, vətəndən kənarda işləməkdə də hansısa problem görmürəm. Ailəm var. Hər bir insanın da ailəsini dolandırmaq üçün mütləq işi-gücü olmalıdır”.

 


Son xəbərlər