PSJ-dən Buffona 2 illik müqavilə

PSJ-dən Buffona 2 illik müqavilə
XƏBƏR 18 May 2018 / 20:51 5892
-  A +

PSJ "Yuventus"un qapıçısı Canluici Buffona təklif göndərib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, Paris klubu 40 yaşlı qolkiperə 2 illik müqavilə təklif edib. O, Turin təmsilçisinə keçməyə razılıq verəcəyi təqdirdə, ilinə 8 milyon avro qazanacaq. Bundan başqa, PSJ-nin C.Buffona kapitan sarğısını verməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, C.Buffon bu mövsümün sonu "Yuventus"dan ayrılacağını açıqlayıb. Onun həftəsonu "Verona" ilə matç  "Yuventus" forması ilə sonuncu oyunu olacaq.


Son xəbərlər