Fransanın heyəti: ulduz futbolçular kənarda

Fransanın heyəti:  ulduz futbolçular kənarda
XƏBƏR 18 May 2018 / 13:55 7058
-  A +

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, baş məşqçi Didye Deşam bir neçə ulduz futbolçunu heyətdən kənarda saxlayıb. Onlar arasında Kinqsli Koman, Luka Din, Aleksandr Lyakazett, Antoni Marsial və Adrien Rabio kimi futbolçular var.

Lakin bu futbolçular ehtiyat heyətdə yer alıb. İyun ayında Rusiyada start götürəcək mundial başalayana qədər 23-lükdə yer alan futbolçulardan hansısa zədələnsə, sözügedən oyunçuar onları əvəzləyə bilər.

Qapıçılar: Uqo Loris (“Tottenhem”, İngiltərə), Stiv Mandanda (“Marsel”), Alfons Areola (PSJ)

Müdafiəçilər: Cibril Sidibe (“Monako”), Benjamin Pavar (“Ştutqart”, Almaniya), Rafael Varan (“Real”, İspaniya), Prenel Kimpembe (PSJ), Adil Rami (“Marsel”), Samuel Umtiti (“Barselona”, İspaniya), Lyuk Ernandes (“Atletiko”, İspaniya), Benjamin Mendi (“Mançester Siti”, İngiltərə)

Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Nqolo Kante (“Çelsi”, İngiltərə), Korentin Tolisso (“Bavariya”, Almaniya), Blez Matuidi (“Yuventus”, İtaliya), Stiven Nzonzi (“Sevilya”, İspaniya), Toma Lemar (“Monako”)

Hücumçular: Kilian Mbappe (PSJ), Olivye Jiru (“Çelsi”, İngiltərə), Antuan Qrizmann (“Atletiko”, İspaniya), Usman Dembele (“Barselona”, İspaniya), Nabil Fekir (“Lion”), Florian Toven (“Marsel”)

Ehtiyat heyət: Vissam Ben-Yedder (“Sevilya”, İspaniya), Kinqsli Koman (“Bavariya”, Almaniya), Benua Kostil (“Bordo”), Matye Debyusi (“Sent-Etyenn”), Luka Din (“Barselona”, İspaniya), Aleksandr Lyakazett (“Arsenal”, İngiltərə), Antoni Marsial (“Mançester Yunayted”, İngiltərə), Adrien Rabio (PSJ), Mamadu Sako (“Kristal Pelas”, İngiltərə), Mussa Sissoko (“Tottenhem”, İngiltərə), Kurt Zuma (“Stok Siti”, İngiltərə).

Qeyd edək ki, Fransa yığması C qrupunda Avstraliya, Danimarka və Peru ilə mübarizə aparacaq.


Son xəbərlər