«Ankaragücü» - «Fənərbaxça» matçının nəticəsi şübhə altına alındı

XƏBƏR 11 May 2010 / 17:14 1832
-  A +

Türkiyə Super Liqasının son turunda «Ankaragücü»-«Fənərbaxça» komandaları arasında keçirilən matçla bağlı çox maraqlı bir iddia ortaya atılıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu oyunun incələnməsi üçün Ankara Məhkəməsinə müraciət edilib. Ankara bələdiyyəsinin başqanı Melih Gökçek «Kanaltürk»ə verdiyi açıqlamada matç günü «Ankaragücü»lü xarici futbolçulardan birinin mobil telefonuna zəng edilərək, pis oynaması, eləcə də qırmızı kart görməsi tələb edilib. Bunun müqabilində futbolçuya 200 min avro pul təklif edilib. Bununla bərabəar, adıçəkilən komandanın qapçısı Sərkan Kırıntılının kimlərləsə görüşdüyü və ona qol buraxacağı təqdirdə 100 milyard türk lirəsinin veriləcəyi bildirilib. Məhz elə son günlərin formada olan komandası «Ankaragücü»nün bu olaylara görə, «Fənərbaxça»ya uduzduğu qeyd edilir. Məsələ ilə bağlı Ankara Məhkəməsi araşdırma apardıqdan sonra qəti qərar çıxarılacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord