"Yuventus" PSJ-nin 40 milyonluq təklifini rədd etdi

"Yuventus" PSJ-nin 40 milyonluq təklifini rədd etdi
XƏBƏR 17 May 2018 / 19:00 4233
-  A +

"Yuventus"un müdafiəçisi Mattia Kaldaranın PSJ-yə keçidi baş tutmayacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu fransızların 24 yaşlı müdafiəçi üçün təklif etdiyi 40 milyon avroluq təklifi geri çevirib.
 
"Qoca sinyora"nın gənc futbolçuya böyük ümidlər bəslədiyi üçün bu addımı atdığı qeyd olunub.

Qeyd edək ki, Kaldara müqavilə ilə "Yuventus"a məxsus olsa da, ötən mövsümü icarə əsasında "Atalanta"da keçirib.

Son xəbərlər