Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
“Məqsəd “Qarabağ”ı keçməkdir”

Yazarlar
 “Neftçi” haqda...
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Neftçi"dən Avroliqaya biabırçı vida
"Qarabağ" braziliyalı hücumçu alır?
“Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
“Real” yeni transferini təqdim etdi
Linklər
525ci Qəzet

"Bunlar gülməli şeylərdir, AFFA bizi sıxmır" - Rail Məlikov
A A A

[17.05.2018]
"Bunlar gülməli şeylərdir, AFFA bizi sıxmır" -<b style="color:red">  Rail Məlikov</b>

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada 2017-2018 mövsümün son turunda "Zirə" ilə keçiriləcək vacib oyundan danışan təcrübəli futbolçu komanda ətrafında dolaşan söz-söhbətlərə də aydınlıq gətirib.


- “Sumqayıt” ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra yaxşı nəticələr qazana bilmir. Enişin səbəbini nədə görürsən?

- Nəticə baxımından şanssızlıq var. Qol vura bilmirik. Əlimizə düşən imkanları boşa veririk. Top sanki, qapıya girmək istəmir. Hər bir işdə xeyir var. "Zirə" ilə son oyunumuz qalıb. Bu görüşdə hər şeyin üstündən xətt çəkməyə çalışacağıq.

- Hər iki komanda üçün olduqca vacib qarşılaşma olacaq...

- Əlbəttə. Çempionatın son oyunudur. Bu matça final kimi baxırıq. Elə meydana da bu yanaşma ilə çıxacağıq. Hamı dərk edir ki, bu oyun bizə nə verəcək. Bütün gücümüzü ortaya qoyub, qələbə qazanmağa çalışacağıq. Əlimizə düşən bütün qol imkanlarından yararlanmalıyıq.

- Mövsümü ilk 3-lükdə bitirmək üçün yaxşı şansınız var idi. Hər şey öz əlinizdə idi. Amma bir anda hər şey əleyhinizə döndü. Siz şanssızlıqdan şikayətlənsəniz də, başqa söz-söhbətlər də gəzir. İddiaya görə, AFFA "Sumqayıt"ı sıxır, komandanın avrokuboklara çıxmasını istəmir...

- Bunlar boş şeylərdir. Bizi nə sıxan var, də təzyiq göstərən. Bizim baş məşqçimiz, rəhbərliyimiz var. Hamımız da qələbə qazanıb komandanı daha da irəli aparmaq istəyirik. Kənar qüvvələr bizə heç nə demir, heç nə etmir. Mən hər şeyi şanssızlıqla əlaqələndirirəm. Yaxşı şansımız var idi. Əlimizə düşən fürsətləri boşa verdiyimiz üçün bu yerə gəlib çıxdıq. Adımıza çıxarılan xəbərlər gülməli şeylərdir. Bunu heç bir insana yaraşdırmıram.

- "Zirə"ni məğlub etsəniz, mövsümü 3-cü pillədə başa vurmaq şansınız da var. Amma bunun üçün "Neftçi" Gəncədə "Kəpəz"ə uduzmalıdır...

- Düzdür, oyun Gəncədə olacaq. Amma mən inanmıram ki, "Neftçi" əlinə düşən fürsəti boşa versin. Pis çıxmasın, "Kəpəz" "Neftçi" ilə bizə qarşı oynadığı kimi oynamayacaq. Komandanın Premyer Liqanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. Ona görə motivasiyaları da aşağı düşəcək. Amma biz ilk növbədə öz oyunumuza baxacağıq. Qələbə qazanmağa çalışacağıq. "Neftçi"nin nəticəsi bizi çox da maraqlandırmayacaq. Əsas fikrimiz "Zirə" ilə matçda olacaq. Meydanda başabaş mübarizə gedəcək. Xeyirlisi nədirsə, o da olacaq.

- "Zirə"ni udub çempionatı 4-cü sırada bitirsəniz belə, avrokuboklarda iştirak etməyə bilərsiniz. "Keşlə" kubokun finalında "Qəbələ"ni məğlub etsə, Avroliqaya 4-cü komanda kimi məhz bakılılar yollanacaqlar...

- Bəli, şanslar 50/50-yədir. Final oyunundan da çox şey asılı olacaq. Amma indi həmin görüşü fikirləşməli deyilik. Birinci, qarşımıza qoyulan hədəfə çatmalıyıq. Çempionatı bacardığımız qədər yuxarı pillələrdə bitirmək istəyirik. Qələbə qazandıqdan sonra bu haqda düşünmək olar. "Qəbələ" udar, Avroliqaya biz gedərik.

- Ümumiyyətlə, "Sumqayıt" Avroliqada oynamağa hazırdır?

- Əlbəttə ki. Niyə də hazır deyil?! Avroliqaya çıxaq, ondan sonra çatışmazlıqlar barədə fikirləşərik. İnanıram ki, hər şey yaxşı olacaq.

- "Sumqayıt"la müqavilən bu ayın sonunda başa çatacaq. Nə düşünürsən?

- Bizim komandada futbolçuların əksəriyyətinin müqaviləsi mayda bitir. Eləcə də mənim. Hələlik yeni müqavilə haqda söhbət olmayıb. Yəqin ki, mövsüm başa çatdıqdan sonra bunlar müzakirə olunacaq. Təklif eləsələr, qalıb oynayaram.

- Başqa klublardan təkliflərin var?

Yox, hələlik heç nə yoxdur. Heç özüm də maraqlanmıram ki, nə var, nə yox. Fikrimiz mövsümün son oyunundadır. Hamımız "Zirə" ilə matça köklənmişik.

Elnur SALAHOV

2544 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
22.07.2018  15:44 “Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
22.07.2018  11:13 UEFA-dan Əliyar Ağayevə yeni təyinat
22.07.2018  01:37 “Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
21.07.2018  18:43 "Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti
21.07.2018  16:20 "Proqres"dən 5 dəfə üstün oynadıq" - Təmkin Xəlilzadə
21.07.2018  13:00 "Qarabağ"ın oyununa hakim təyinatları açıqlandı
21.07.2018  01:21 "Yeni transferlərimiz hələ hazır deyil" - Ayxan Abbasov
20.07.2018  17:47 "Neftçi" yükünü dərk etməyənlər klubda "dəllək"liklə məşğuldurlar"
20.07.2018  15:11 Bordin “Neftçi”dən göndərilə bilər – İtaliya mətbuatı
20.07.2018  12:22 “Bordini “Neftçi”yə gətirən də onun kimi futbol savadı olmayan klub rəhbəridir”
20.07.2018  11:59 "Qarabağ" braziliyalı hücumçu alır?
20.07.2018  01:34 “Təəssüf ki, bunu edə bilmədik” - Bordin
20.07.2018  00:48 "Neftçi"dən Avroliqaya biabırçı vida
20.07.2018  00:35 "Biz mərhələni Maltada uduzmuşduq” - Zaur Axundov
19.07.2018  23:22 "Qəbələ" Avroliqada mübarizəni dayandırdı
19.07.2018  22:57 "Keşlə"dən Avroliqaya erkən vida
19.07.2018  16:58 "Aqolli "Qarabağ"ın rəqibi haqda çox şeyi bilir" – Elvin Beqiri
19.07.2018  13:50 "Qarabağ" və "Legiya"nın qarşılaşmağını istəmirəm" - Jezniçak
19.07.2018  11:47 "Kukesi" "Olimpiya"dan da çətin rəqibdir" – Maksim Medvedev
19.07.2018  01:30 “Kamranı “Boavişta”da əsas heyətdən sıxışdırıb çıxardım” - Vaqner da Silva
 
 
  22.07.18
15:44
  “Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
14:39
  Xudiyev ermənilərin oyununa təyinat aldı
13:48
  “Məqsəd “Qarabağ”ı keçməkdir”
13:10
  Con Terri karyerasını başa vurur
12:07
  Ramil “Trabzonspor”da şou yaratdı - 5 qol vurdu
11:13
  UEFA-dan Əliyar Ağayevə yeni təyinat
10:28
  Klopp Salahın durumundan danışdı
10:06
  Bu gün Azərbaycan jurnalistlərinin bayramıdır
02:00
  Ukrayna Superkubokunun sahibi müəyyənləşdi
01:37
  “Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
01:31
  Mourinyo kapitanın adını açıqladı
01:02
  "Çox ciddi çalışırıq" - millimizin baş məşqçisi
00:46
  Klublarımızın yay transferləri - Yenilənir
00:30
  "Sabah" üç futbolçu ilə müqavilə imzaladı
00:15
  Millimizdən qələbə
00:01
  "Bavariya" - PSJ - Video
  21.07.18
23:00
  Şevçenko yeni müqavilə imzaladı
22:05
  "Sabah"dan növbəti heç-heçə
21:19
  "Barselona"ya görə təklifləri rədd etdim, amma..."
20:30
  "Bavariya" PSJ-yə qalib gəldi
19:52
  Məşhur qardaşlar futbolçu karyeralarını başa vurdular
19:25
  Mbappe zədəli vəziyyətdə oynayıb - DÇ-2018-də
18:43
  "Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti
18:00
  PSJ-dən "Barselona"ya
17:09
  "Napoli" İnsinyeni icarəyə verdi
16:20
  "Proqres"dən 5 dəfə üstün oynadıq" - Təmkin Xəlilzadə
15:55
  "İnter" Arturo Vidalla danışıq aparır
15:16
  "Milan"da yeni prezident
14:39
  "Beşiktaş" qapıçısını satdı
13:59
  "Qarabağ"ın rəqibi yeni hücumçu aldı
13:30
  "Barselona"dan Villian üçün 3-cü təklif - 55 milyon
13:00
  "Qarabağ"ın oyununa hakim təyinatları açıqlandı
12:48
  "Qarabağ"la oyunlar üçün 22 futbolçu - siyahı
12:09
  "Real"dan transferlərə 300 milyon avro
11:41
  Günün canlı oyunları - Etopaz-da
11:10
  Tərlan Əhmədovdan maraqlı açıqlamalar və yeni mesajlar - Video
10:49
  Futzal millimiz neçəncidir? - dünya reytinqi
10:15
  "Mançester Siti" "Borussiya"ya uduzdu - Video
09:52
  AFFA-dan jurnalistlər üçün tədbir - Şəkillər
01:54
  Morata "Milan"a keçir
01:21
  "Yeni transferlərimiz hələ hazır deyil" - Ayxan Abbasov
01:00
  Saşa Stamenkoviç rəsmən "Sabah"da
00:25
  "Liverpul"un qapıçısı "Lester"də
  20.07.18
23:00
  Şeydayev "Spartak"a qarşı oynadı
22:19
  "Azarkeşləri sevindirmək istəyirəm" - Ronaldo
21:14
  "Beşiktaş"dan birdəfəlik getdi
20:30
  Hazard "Real"a keçir - razılıq əldə olundu
19:59
  "Tottenhem"də günün ikinci müqaviləsi
19:22
  "Liverpul"un yeni 10 nömrəsi
19:00
  “Zirə” heç-heçə ilə başladı
18:46
  “Qarabağ”ın rəqibi qapıçısı ilə yollarını ayırdı
18:31
  "Səbail" Türkiyə klubu ilə qarşılaşacaq
18:05
  "Azərbaycanda gördüyüm bütün pis şeyləri unutmaq istəyirəm” – ukraynalı qapıçı
17:47
  "Neftçi" yükünü dərk etməyənlər klubda "dəllək"liklə məşğuldurlar"
17:30
  “Real” yeni transferini təqdim etdi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore