“Neftçi” daha 3 futbolçuyla yollarını ayıracaq

“Neftçi” daha 3 futbolçuyla yollarını ayıracaq
XƏBƏR 11 May 2010 / 16:56 2253
-  A +

Bu gün altı əcnəbi futbolçusu ilə yollarını ayıran "Neftçi" daha üç legioneri sıralarından xaric edəcək. Qol.Az-ın məlumatına görə, paytaxt klubu Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atemin də xidmətində maraqlı deyil. Məsələ burasındadı ki, bir müddət əvvəl baş məşqçi Arif Əsədovun istəyi ilə əvəzedici komandaya göndərilən bu futbolçuların müqavilələri mayın sonunda bitəcək. Bundan sonra həmin oyunçular da ölkəmizdən gedəcək. 
Xatırladaq ki, "Neftçi" bu gün altı legioneri ilə - Adrian Nyaqa, Marian Aliuta, Suat Usta, Taavi Rahn, Valter Quqlemon və Vladimir Voskoboynikovla yollarını ayırıb.


Son xəbərlər