Buffon "Yuventus"dan ayrılacağını təsdiqlədi

Buffon "Yuventus"dan ayrılacağını təsdiqlədi
XƏBƏR 17 May 2018 / 15:19 2783
-  A +

Canluici Buffonun mövsümün sonunda "Yuventus"dan ayrılacağı dəqiqləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli qolkiper keçirdiyi mətbuat konfransında məlumat verib. Turin klubunun kapitanı bildirib ki, həftəsonu "Verona" ilə matç onun "Yuventus" forması ilə sonuncu oyunu olacaq:

"Şənbə günü "Yuventus"da son oyunuma çıxacam. Gözəl bir macəranı başa çatdırmağın ən yaxşı məqamdır. Həm meydanda, həm də meydandan kənarda bir neçə maraqlı təklif almışam. Gələn həftə, hər kəs sakitləşəndən sonra mənim üçün ən yaxşısının hansı olduğuna qərar verəcəm. İndidən gələcəkdə harada olacağımı təxmin etməyin heç bir mənası yoxdur".

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Son xəbərlər