"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıdır

"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıdır
XƏBƏR 17 May 2018 / 15:02 3023
-  A +

"Qəbələ"dən ayrılan Dion Malon karyerasını yenidən "Den Haaq" klubunda davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu haqda Hollandiya mətbuatı xəbər yayıb. İddiaya görə, sabiq klubu 29 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Erediviziya təmsilçisi Malonla yanaşı, "Ayaks”dan Deyovaisyo Zefuik və “Tvente”dən Hidde Ter Avestlə də danışıqlara başlayıb.

Qeyd edək ki, Malon "Qəbələ"yə mövsümün əvvəlində məhz "Den Haaq"dan gəlmişdi.
 

Daha çox


Son xəbərlər