Emeri Premyer Liqa klubunu çalışdıra bilər

Emeri Premyer Liqa klubunu çalışdıra bilər
XƏBƏR 16 May 2018 / 21:35 3466
-  A +

PSJ ilə yollarını ayıran Unai Emeri karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis “Vest Hem”in sükanı arxasına keçməyə əsas namizəd hesab olunur. Devid Moyesi istefaya göndərən klub rəhbərliyi növbəti həftə təcrübəli çalışdırıcı ilə danışıqlara başlayacaq. Yaxın 10 gün ərzində Emerinin təyinatının açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Vest Hem”i çalışdırmağa digər namizədlər Paulo Fonseka və Rafael Benitesdir. Fonsekanın “Şaxtyor”la müqavilə müddətini uzatması, Benitesin isə illik 10 milyon avro tələb etməsi rəhbərliyi Emeri variantı üzərində dayanmağa vadar edir.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı