Bundesliqada baş məşqçi istefası

Bundesliqada baş məşqçi istefası
XƏBƏR 16 May 2018 / 16:45 2262
-  A +

Almaniyanın "Leyptsiq" klubu baş məşqçisi Ralf  Hazenxyuttlla yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avstriyalı mütəxəssisin 2019-ci ilə qədər nəzərdə tutulan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 50 yaşlı Hazenxyuttl 2016-cı ilin yayından "Leyptsiq"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında birinci mövsüm Bundesliqada 2-ci yeri tutaraq Çempionlar Liqasında vəsiqə qazanıb. Qrupda 3-cü yeri tutan "öküzlər" Avropa Liqasında mübarizəni davam etdirib və 1/4 finala qədər irəliləyib. Bu mövsüm isə komanda Bundesliqada 6-cı olub.

Son xəbərlər