"Barselona" müdafiəçi alır

"Barselona" müdafiəçi alır
XƏBƏR 16 May 2018 / 14:38 3626
-  A +

"Barselona" müdafiə xəttini gücləndirir.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu "Sevilya"nın futbolçusu Kleman Lanqleni heyətinə cəlb edir.

Artıq iki tərəflər arasında razılıq əldə olunduğu və Klemanın yeni klubu ilə 5 illik müqavilə imzalayacağı  bildirilir. "Barselona" 22 yaşlı fransız müdafiəçi üçün 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kleman Lanqle bu mövsüm İspaniya La Liqasında 34 oyuna çıxıb və 3 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord