Premyer Liqanın bombardirinə xüsusi hədiyyə

Premyer Liqanın bombardirinə xüsusi hədiyyə
XƏBƏR 15 May 2018 / 16:05 3781
-  A +

Topaz Premyer Liqası ilə əvəzedicilərin çempionatının mükafatlandırma mərasiminin vaxtı və detalları müəyyənləşib.
 
Qol.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir 28-ci turun qarşılaşmalarından sonra təşkil olunacaq.
 
Əvəzedicilər üçün mükafatlandırma mayın 19-da "Bayıl Arena”da "Səbail” – "Keşlə” oyunundan sonra keçiriləcək. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək. "Səbail" qızıl, "Qəbələ" gümüş medalları təmin edib. Bürünc mükafatçı son turda müəyyənləşəcək. I divizionun ən məhsuldar oyunçusu Bəhruz Teymurov (MOİK) olub. Əvəzedicilərin yarışında bombardir isə mövsümün ilk yarısında "Qəbələ"də, qış fasiləsindən sonra isə "Sumqayıt"da çıxış etmiş Ülvü İsgəndərovdur. Hazırda onun aktivində 16 qol var.
 
Premyer Liqa üçün mükafatlandırma isə mayın 21-də "Azersun Arena”da keçiriləcək "Qəbələ” – "Qarabağ” görüşündən sonra olacaq. Bu zaman çempion "Qarabağ”, vitse-çempion "Qəbələ" və mayın 20-də müəyyənləşəcək 3-cü yerin sahibi medallarına qovuşacaq. Eləcə də elitanın bombardirinə xüsusi hədiyyə veriləcək. Hazırda "Qəbələ"nin hücumçusu Baqali Dabo 13 qolla bombardirlər siyahısına başçılıq edir.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq