"Sabah" Arif Əsədovu göndərdi – rəsmi

"Sabah" Arif Əsədovu göndərdi – rəsmi
GÜNDƏM 15 May 2018 / 13:42 4570
-  A +

Topaz Premyer Liqasında (TPL) yeni mövsümdə iştirak etmək hüququ qazanan "Sabah" klubu baş məşqçisi Arif Əsədovla bağlı rəsmi məlumat yayıb.

Qol.az xəbər verir ki, yüksək liqanın debütantı 48 yaşlı mütəxəssis arasında əldə olunan  imzalanan müqavilənin müddətinin artırılmamasına qarşılıqlı razılıqla qərar verilib.

Son mövsümü I Divizionda 5-ci yerdə bitirən Əsədova gördüyü işlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək kİ. "Sabah"ın yeni baş məşqçisi I Divizionun çempionu, ancaq TPL-ə lisenziya ala bilmədiyinə görə buraxılmayan "Xəzər"in baş məşqçisi Elşad Əhmədov olacağı gözlənilir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın