İngiltərədə tarixi göstərici – “Siti”dən 100 xal

İngiltərədə tarixi göstərici – “Siti”dən 100 xal
DÜNYA FUTBOLU 13 May 2018 / 20:48 6730
-  A +

2017/18 mövsümü üçün İngiltərə Premyer Liqasının qalibi adını təmin edən “Mançester Siti” bu gün başa çatan yarışda tarixi rekord müəyyənləşdirib.

Qol.az-ın yaydığı xəbərə görə, bu gün “Sauthempton”la matçda Qabriel Jesusun yeganə qolu sayəsində qalib gələn Xosep Qvardiolanın komandası mövsümü 100 xalla başa vurub (32 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət). Bununla da İngiltərə Premyer Liqasında ən çox xal toplanmaya görə yeni rekord müəyyənləşib. Buna qədər ən yaxşı göstərici “Çelsi”yə məxsus idi (2004/05 mövsümü, 95 xal).

“Mançester Siti” həmçinin Premyer Liqada keçirdiyi 38 oyunda 106 qol vurub və 27 qol buraxıb. Bununla da onlar bu mövsüm ən çox qol vuran və ən az qol buraxan komanda olub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi