Taekvondoçumuz Avropa çempionu oldu

Taekvondoçumuz Avropa çempionu oldu
GÜNDƏM 13 May 2018 / 20:24 2477
-  A +

Rusiyanın Kazan şəhərindəki taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Qol.az-ın məlumatına görə, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu adını qazanıb. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Qeyd edək ki, Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı