Premyer Liqada mövsümün ən yaxşısı - Salah

Premyer Liqada mövsümün ən yaxşısı -<b style="color:red"> Salah</b>
GÜNDƏM 13 May 2018 / 15:29 1508
-  A +

İngiltərə Premyer Liqasında 2017-2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu ada “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb. Misirli futbolçu xüsusi ekspert qrupu, Premyer Liqa klublarının kapitanları və azarkeşləri arasında keçirilən səsvermədə “Mançester Yunayted”dən David de Xea, “Tottenhem”dən Harri Keyn, “Mançester Siti”dən Kevin de Bröyne, Rahim Sterlinq və “Börnli”dən Ceyms Tarkovskini qabaqlayıb.

Salah bundan öncə İngiltərə Futbol Yazarları Assosiasiyası və İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilmişdi.

Qeyd edək ki, bu mövsüm “Liverpul”un heyətində ümumilikdə 50 oyuna çıxan 25 yaşlı futbolçu 43 qol vurub və 15 məhsuldar ötürmə edib.
 

Daha çox


Son xəbərlər
20.10.18  17:04

"Real" evdə uduzdu