"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 27-ci turunda "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları oyunda sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Deyiləsi bir şey yoxdur. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördünüz. Qolları vura bilmədik. Vura bilmək üçün ürək lazımdır. Belə görüşlərdə topla birgə tora girmək lazımdır. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Oyun keyfiyyəti budur.
Siyasət dəyişməsə, belə davam etsə, 5-ci yeri tutsaq, əla olar deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə, Amil Yunanov niyə oynamadı deyəndə, hücumçuya xas keyfiyyətdə oyun göstərsə, onda nə gəldi deyərsiniz. Futbolçularımız birinci divizionda çürüyərdilər. 11 legioner verərdilər, onda görərdiniz ki, bu futbolçuların yeri haradır. Budur bizim Azərbaycan futbolu, əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdur. "Kəpəz", "Səbail" və "Qəbələ" ilə oyunlarda yaxaladığımız qollardan yararlansaydıq, indi avrokuboklarda idik. Bu, düzgün olmayan strategiyanın badına şəhərimiz getdi.
- "5-ci yerdə olsanız, əla nəticə sayılar" sözlərini kim demişdi?
- Klubumuzun keçmiş prezidenti Kamran Quliyev mövsümün əvvəlində dedi ki, komandanın potensialı 6-cı yerdir. 5-ci yeri tutsaq, sevinəcəyik. Mən isə dedim ki, var qüvvəmizlə avrokuboklar üçün çalışacağıq. Lakin meydanda oynayan mən deyiləm.
- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?
- İcraiyyə Komitəsi mayın 20-dən sonra olsaydı, nə olacaqdı? "Kəpəz" gedib "Neftçi" ilə necə oynasın. 2 turdan sonra nə qərar verirsinizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı verirsiniz?
- Klubun strategiyasından narazılığınızı bildirdiniz. Amma digər tərəfdən, müqavilənizi uzatdığınıza dair xəbərlər yayılıb...
- 1 turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizdən gizlətdiyim hər şeyi sizə açıqlayacağam.
- Son turda nə baş verəcək?
- Nə olacaqsa, olacaq.
- "Zirə" ilə son tur matçına hansı motivasiya ilə çıxacaqsınız?
- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? Əlimizdən gələni edəcəyik ki, "Zirə"yə qalib gələk.
- Konkret, hansı futbolçulardan gözlədiyinizi ala bilmirsiniz?
- Sona 2 tur qalmış Lisenziyalaşdırma Qrupunun belə qərar verməsi nə üçündür? Bizim oyunu saat 4-ə - istiyə salırsınız. Qol vura bilmirlərsə, kimi günahlandırım? (report.az).
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu