İnyestanın yeni klubu müəyyənləşdi

İnyestanın yeni klubu müəyyənləşdi
DÜNYA FUTBOLU 8 May 2018 / 13:58 6527
-  A +

Mövsümün sonunda "Barselona"dan ayrılacağı dəqiqləşən Andres İnyestanın yeni klubu müəyyənləşib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını Yaponiyada davam etdirəcək. İspan futbolçu bu ölkənin "Vissel Kobe" klubu ilə anlaşıb. Yeni komandası ilə 3 illik müqavilə barədə razılığa gələn İnyestanın illik qazancı 30 milyon avro olacaq. Keçidin gerçəkləşməsində hazırda "Barselona"nın titul sponsoru olan "Rakuten" şirkətinin baş direktoru Hiroşi Mikitaninin rolu böyük olub.

Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "Vissel Kobe"də Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski də çıxış edir.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"