“Rusenborq” Superkuboka sahib çıxdı

“Rusenborq” Superkuboka sahib çıxdı
XƏBƏR 27 Aprel 2018 / 00:29 1931
-  A +

Norveç Superkubokunun qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, ölkə çempionu “Rusenborq” həlledici görüşdə kubokun sahibi “Lillestrom”la üz-üzə gəlib.

Matç “Rusenborq”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 52-ci dəqiqədə Bendtnerin vurduğu qol matçın taleyini həll edib.

Bununla da “Rusenborq” ardıcıl ikinci, tarixində isə üçüncü dəfə Norveç superkubokuna sahib çıxıb.

Son xəbərlər