"Qəbələ"nin baş məşqçisi olmaq istəyərəm" - Stiv Olfers

"Qəbələ"nin baş məşqçisi olmaq istəyərəm" - Stiv Olfers
ÖLKƏ FUTBOLU 26 Aprel 2018 / 17:39 5111
-  A +

"Qəbələ"dən ayrıldıqdan sonra 1 il Hollandiyada "Telstar" klubunun formasını geyindim. İndi isə məşqçilik kurslarına gedirəm. B və C kateqoriyalarını artıq əldə etmişəm. A keteqoriyası almağa hazırlaşıram. Eyni zamanda həvəskarlar liqasında çıxış edən bir klubda futbolçu karyeramı davam etdirirəm".

Bu sözləri Qol.az-a açıqlamasında "Qəbələ"nin sabiq futbolçusu Stiv Olfers deyib. 2010-2012-ci illərdə "qırmızı-qaralar"ın şərəfini qoruyan hollandiyalı müdafiəçi ölkəmizdə keçirdiyi günləri xatırlayıb:

"Qəbələ" hər zaman yaddaşımdadır. Bu komandada yaxşı günlərim olub. Təəssüf ki, oyunlarını izləyə bilmirəm. Çünki Hollandiyada Azərbaycan Premyer Liqasının oyunları yayımlanmır. Hərdən nəticələrə baxıram. Bu il komanda çempionluğa yaxın idi. Amma sonradan liderdən uzaqlaşdı. Bu, heç yaxşı olmadı. Bəlkə də gələn mövsüm komanda istədiyi titulu qazanacaq".

"Qəbələ"dəki şəraitdən danışan Olfers komandanın çempion olmaq vaxtının yetişdiyini bildirib: "Qəbələdə futbol üçün hər cür şərait var. Niyə hələ də çempion olmadıqlarını başa düşmürəm. Digər tərəfdən düşünürəm ki, hər şeyin öz vaxtı var. Mən "Qəbələ"də oynayanda komanda yüksək səviyyədə çıxış edirdi. Artıq zamanı yetişib. Çempion olmaq vaxtıdır. İnanıram ki, növbəti mövsümdə bunu bacaracaqlar".

Gələcək planlarından da söz açan hollandiyalı futbolçu nə vaxtsa "Qəbələ"nin baş məşqçisi olmaq istəyini gizlətməyib: "Hazırda əsas fikrimi məşqçi kurslarına yönəltmişəm. A kateqoriyasını alandan sonra futbolçu karyeramı başa vuracam. Artıq məşqçiliklə məşğul olmaq fikrindəyəm. Hətta gələcəkdə "Qəbələ"nin baş məşqçi olmaq istəyərəm. Kim bilir, bəlkə də bir gün arzum gerçəkləşəcək".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı