"Hiss edirəm ki, yaxşı olacaq" - Haynkes "Real"la oyun haqda

"Hiss edirəm ki, yaxşı olacaq" -  Haynkes "Real"la oyun haqda
XƏBƏR 24 Aprel 2018 / 20:20 3218
-  A +

“Bizdə fantastik atmosfer və güclü komanda ruhu var. Yalnız bu əhval-ruhiyyə ilə qalib gəlmək olar”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la sabah keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında nikbin olduğunu bildirib: “Favoritin kim olduğunu deyə bilmərəm. Ancaq hiss edirəm ki, yaxşı olacaq. Çempionlar Liqasının yarımfinalında ancaq güclü komandalar olur. Rəqibimizə hörmət edirik”.

Son xəbərlər