"Qarabağ"a qarşı oynamayacaqlar - "Zirə"də 6 itki

"Qarabağ"a qarşı oynamayacaqlar - "Zirə"də 6 itki
XƏBƏR 24 Aprel 2018 / 16:50 1922
-  A +

Topaz Premyer Liqanın 25-ci turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itkilərlə çıxacaq.

Klubdan Qol.az-a verilən məlumata görə, qəsəbə təmsilçisinin 6 aparıcı üzvü çempionla görüşü buraxacaq. Aleksandr Şemonayev, Riçard Qadze, Sadio Tounkara, Jozef Bum və Yovan Krneta zədə səbəbindən meydana çıxmayacaq. 24-cü turun "Keşlə" ilə oyununda sarı vərəqə alan Milan Duriç isə cəzalı duruma düşdüyü üçün oynamayacaq.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək "Zirə" - "Qarabağ" oyunu saat 19:00-da start götürəcək.


Son xəbərlər