"Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə

"Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə
XƏBƏR 24 Aprel 2018 / 11:16 4438
-  A +

"Arsenal" rəhbərliyi yeni mövsüm üçün transferlərə 50 milyon funt sterlinq ayıracaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mövsümün sonu klubdan ayrılacaq Arsen Vengerin əvəzinə gələcək yeni baş məşqçi bu büdcə ilə futbolçu seçimi edəcək.

Qeyd edək ki, "Arsenal" son iki transfer pəncərəsi dövründə 100 milyon funt sterlinqdən çox pul xərcləyib. Klub Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanqın transferinə yüksək məbləğdə təzminat ödəyib.

Əlavə edək ki,  "Arsenal"da yeni baş məşqçi vəzifəsinə əsas namizədlər Luis Enrike, Massimiliano Alleqri, Leonardo Jardim, Yulan Naqelsmann və Yoahim Löv olduğu iddia olunur.


Son xəbərlər