“Usaqların cəsarətli oynaması məni sevindirdi” – millimizin baş məşqçisi

“Usaqların cəsarətli oynaması məni sevindirdi” –  millimizin baş məşqçisi
XƏBƏR 24 Aprel 2018 / 00:01 2609
-  A +

“Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar”.

Qol.az-ın məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Azər Məmmədov deyib.

Türkiyədə keçirilən beynəlxalq turnirdə yerli komanda ilə oyunlarını (1:1) dəyərləndirən gənc mütəxəssis futbolçulardan  razı qaldığını bildirib: “Rəqib beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından demək olar ki, komanda uzun müddətdir yığılıb. Bizdə isə bildiyiniz kimi komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdu. Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar. Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü. Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik”.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord