"Neymar ən yaxşı olmaq istəyirsə, PSJ-dən getməlidir"

"Neymar ən yaxşı olmaq istəyirsə, PSJ-dən getməlidir"
XƏBƏR 23 Aprel 2018 / 13:36 4161
-  A +

"Neymara dedim ki, sən dünyanın ən yaxşı futbolçusu ola bilərsən. Ancaq hesab edirəm ki, PSJ-də qalsa, bu uğura nail ola bilməyəcək".

Qol.az-ın məlumatına görə, bu sözləri Braziliya millisinin sabiq üzvü Rivaldo deyib. Neymarın gələcəyi ilə bağlı danışan veteran futbolçu həmvətəninə yenidən İspaniyaya qayıtmağı tövsiyyə edib:

"Neymar PSJ-dən getməlidir. Dünyanın ən yaxşısı olmaq üçün İspaniya La Liqasında oynamalıdır. Məsələ yarışların səviyyə fərqindədir. İngiltərə, İspaniya, İtaliya və Almaniya çempionatı Liqa 1-dən güclüdür. Əgər futboldan danışırıqsa, bunu başa düşmək lazımdır".

Rivaldonun fikrincə, Neymar "Real"a keçməlidir: "Onun yenidən "Barselona"da oynaması çətin məsələdir. Amma eşitmişəm ki, Real"a keçmək şansı var. Neymar "kral klubu"nda dünyanın ən yaxşı futbolçusu ola bilər".

Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında "Barselona"nı PSJ-yə dəyişib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın