Ciddi klub? “Qarabağ”...

Ciddi klub? “Qarabağ”...
XƏBƏR 23 Aprel 2018 / 12:25 4866
-  A +

Bir dövr, ərəfə var idi ki, “Qarabağ” yaxşı komandadır, ancaq yaxşı klub deyil” ifadəsi aforizmləşmiş hal almışdı. Sanki hamı axına qoşulub, mənasını ifadə eləyə bilsə də, bilməsə də, bu ifadəni işlədirdi/yazırdı.

Daha çox “atlılar”ın Avropa Liqasının qrup mərhələsinə adlamağı adətkərdə edib, hamının tələbinə çevrilmiş ÇL qrupun tilsimini qıra bilməməsi ərəfələri idi.

“Qarabağ” bu çatışmazlığı da aradan qaldırdı. İndi aşağı yaş qruplarını yaxından izləsəniz, görəcəksiniz ki, əsas komandanın nüfuzuna, hörmətinə ayaqlaşa bilən səviyyədədilər. Təbii ki, problemlər var və onlar da bundan xalidilər. Mövzumuz bu deyil, bir xırda, lakin anlayançün böyük detalda klubu xarakterizə etmək istəyirəm.

Dünən Sumqayıtda çempionluğu rəsmiləşdirən klubun bu törəni daha olqun qeyd eləməsini görənlər gördü. Nə Qurban Qurbanov sevincindən ağlayır, nə komanda xüsusi canfəşanlıq hissi yaşadı.

Dəhlizdə “Sumqayıt”ın baş məşqçisi Samir Abasovla oyunun hakimi Ömər Paşayev arasındakı gərginlik səbəbindən prosesi izləməkçün “hadisə yerinə” daxil oldum. Olanları izləyərkən birdən anladım ki, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov və bir neçə səlahiyyətli şəxs soyunub-geyinmə otağının qapısı qarşısındadılar və içəri girmirlər. Hamı toplaşsa da, onlar qapının önündə durub, gözləyirdilər.

“CBC Sport”a ayaqüstü müsahibəsi bitəndən sonra gələn Qurban Qurbanov otağın kandarına çatanda rəhbərliklə görüşüb, “Sizi içəri buraxmırlar, burda niyə gözləyirsiz” deyib, zarafatlaşandan sonra hamı otağa daxil oldu.

Baş məşqçi komandanın böyüyüdür, idarəçisidir. O gəlməmiş heç kəs soyunub-geyinmə otağına daxil olmadı...

Bir növ, ailənin başçısı gəlib çıxmamış, kiminsə süfrə başına keçməməsi mədəniyyətinə asosasiya oluna biləcək məqam.

Bu, xırda detaldır və ciddiləşmiş klubların hamısında prosedurlar bu cür də getməlidir. Ancaq çempionluq sevinci qeyd edən bir neçə digər klubda mən belə halla rastlaşmamışam. Baş məşqçi gəlib çıxmamış hətta mühafizəçilərin belə prosesə qarışdığını, əməlli-başlı bazar mühitinin yarandığını görmüşük.

Hər işdə uğur ən əvvəl o işdəki nizamdan asılıdır. Dünən biz “Qarabağ”da nizam gördük.

Əlbəttə ki, “daim pisləyirsiniz, bir dəfə də xoş bir şey yazın da” qınaqlarına qarşılıq ən gözəl nümunələrdən biri də bu məqamdır. Təbriklər, “Qarabağ”!

Və gözəl bilirsiniz ki, siz hansı mərhələdəsiniz və daha da böyüməyin yolları haralardan keçir. Odur ki, daim irəli!

Elçin CƏLİLOV
Futbolpress.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın