İngiltərə Premyer Liqasının ən yaxşı gənc futbolçusu

İngiltərə Premyer Liqasının ən yaxşı gənc futbolçusu
XƏBƏR 23 Aprel 2018 / 11:37 1919
-  A +

İngiltərə Premyer Liqasının ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Qol.az-ın Premyer Liqanın rəsmi tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, bu ada “Mançester Siti”nin yarımmüdafiəçisi Leroy Sane layiq görülüb.

Almaniya millisinin üzvü ilə yanaşı Ederson Moraes (“Mançester Siti”), Rayan Sessenon (“Fulhem”), Rahim Sterliq (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”) və Markus Reşford (“Mançester Yunayted”) ən yaxşı gənc futbolçu adına namizəd idi.

Qeyd edək ki, 22 yaşlı Sane bu mövsüm Premyer Liqada 28 oyuna 9 qol vurub, 12 məhsuldar ötürmə edib.

Son xəbərlər