"Qarabağ" "Sumqayıt"ı dayandırdı

"Qarabağ" "Sumqayıt"ı dayandırdı
XƏBƏR 23 Aprel 2018 / 11:14 1908
-  A +

“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun komandası 24-cü turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 12-ci turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı