"Qarabağ Vyana"dan növbəti qələbə

"Qarabağ Vyana"dan növbəti qələbə
XƏBƏR 23 Aprel 2018 / 10:45 1671
-  A +

Avstriyanın Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı səfərdə “Admira Vakker”lə  qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Qarabağ” hazırda 41 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın