Millimiz Bosniya və Herseqovinaya uduzdu

Millimiz Bosniya və Herseqovinaya  uduzdu
XƏBƏR 23 Aprel 2018 / 10:30 969
-  A +

Bosniya və Herseqovinada təşkil olunmuş 16 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. 

Qol.az-ın məlumatına görə, Azərbaycan yığması turnirin sonuncu günündə meydan sahibləri ilə qarşılaşıb.

Millimiz bu görüşdə 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız ilk görüşündə Makedoniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən görüşdə penaltilər seriyasında qələbə qazanıb - 6:5. Xorvatiya ilə növbəti görüşün də əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Lakin penaltilər seriyasında bu dəfə rəqib üstün olub - 3:2.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı