Topaz Premyer Liqasında 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov matçdan sonra jurnalistlərə açıqlama verib.
Qol.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi ilk olaraq, çempionluq sevincini bölüşüb: “Bütün klubu – rəhbərliyimizi, məşqçilər korpusunu, futbolçularımızı çempionluq münasibəti ilə təbrik edirəm. Bu il gərgin mövsüm keçdi. Premyer liqa matçları ilə paralel Çempionlar Liqasıın qrupunda da mübarizə aparırdıq. Sevindirici haldır ki, bu il də çempion olduq. Komandamız xal fərqinə baxmayaraq, rahatlaşmadı, ciddi oldu, sona qədər mübarizə apardı. Bunadək dörd dəfə ardıcıl çempion olmağımıza baxmayaraq, bu il də çempionluğu çox istəyirdik”.
O, bu ilin Çempionlar Liqasının qrupunda mübarizə apardıları üçün xeyli gərgin il olduğunu deyib: “Bu mövsümün özəlliyi bu idi ki, ilk dəfə ÇL-nin qrupunda mübarizə aparırdıq. Və bizim üçün çox ağır və gərgin idi. Qış fasiləsində bir çox oyunlarda iştirak edə bilmirdik”.
Təcrübəli müdafiəçi mövsümün ikinci yarısının daha ağır keçdiyini söyləyib: “Qış fasiləsində sonra oyunlarımız daha ağır keçdi. Rahatlıqla qələbə qazana bilmirdik. Ya minimum fərqlə qələbə olurdu, ya da heç-heçə. Qışda bütün klublar möhkəmləndi, gücləndi. Sonuncu pillədə qərarlaşan komandalar belə, sona qədər inamla bizimlə mübarizə aparırdılar. İkinci dövrə daha ağır keçdi”.
R. Sadıqov hələ bir il də futbolçu karyerasına davam edəcəyini bildirib: “Daha bir il oynayıb-oynamayacağım haqda tam qərar verməmişik. Amma böyük ehtimal bir mövsüm də oynayacağam. Milli karyeramı bərpa edəcəyim haqda isə hələ söhbət yoxdur".
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video
Diniyev - Şeydayev qarşıdurmasında kim sevindi?
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu