“Liverpul” – “Roma” oyununu bu hakim idarə edəcək – UEFA açıqladı

“Liverpul” – “Roma” oyununu bu hakim idarə edəcək – UEFA açıqladı
DÜNYA FUTBOLU 22 Aprel 2018 / 17:36 3953
-  A +

Çempionlar Liqasının 1/2 final mərhələsinin “Liverpul” və “Roma” arasında keçiriləcək ilk matçına hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü Almaniya Futbol İttifaqından Feliks Brixin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mark Borş, Ştefan Lup (laysmanlar), Bastian Dankert, Marko Frits (əlavə köməkçi hakimlər) və Markus Xeker (dördüncü hakim) köməklik göstərəcək.

Qeyd edək ki, “Liverpul” – “Roma” oyunu aprelin 24-də Liverpulda, cavab görüşü isə mayın 2-si Romada keçiriləcək.

Yarımfinalın digər görüşü - “Bavariya” – “Real” ilk matçı  aprelin 25-i, cavab qarşılaşması mayın 1-nə təyin olunub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın