“Üzərimizdə sanki qara zolaq var” – “Zirə”nin futbolçusu

“Üzərimizdə sanki qara zolaq var” – “Zirə”nin futbolçusu
ÖLKƏ FUTBOLU 21 Aprel 2018 / 19:41 1572
-  A +

"Zirə"nin futbolçusu Vüsal İsgəndərli Topaz Premyer Liqanın 24-cü turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Üzərimizdə sanki qara zolaq var. Bu zolaqdan çıxmaq istəyirik, ancaq alınmır. Çətindir. Düşdüyümüz bu vəziyyətdən bütün komanda ilə birlikdə qurtulmağa çalışırıq.

- Zədəli futbolçularınız çox idi. Səncə, uğursuzluqda bunun da rolu varmı?

- Əlbəttə. Komandada elə oyunçular var ki, onlar matça iynə-dərmanla çıxmışdılar. Şəxsən, mənim belimdə də ağrılar var, ancaq yenə də oyuna çıxmağa məcburuq. Kimsə bizi məcbur etmir. Sadəcə, baş məşqçimizə, komandamıza görə çıxırıq.

- Öz aranızda müzakirə edəndə komandadakı problemi nədə görürsünüz?

- Bütün futbolçulara sual verilir ki, kimdir günahkar, hamı durur kənarda, cavab vermir. Günahkar məşqçi deyil, axı. Əlimizdən gələni edirik, hələ alınmır.

- Çempionatın bitməyinə cəmi 5 tur qalıb. Avroliqaya vəsiqə qazanamaq şansınız da yavaş-yavaş əldən çıxır...

- Ümidimiz Allahadır. Ancaq yenə də həvəsdən düşməməliyik. Ən azından, azarkeşlərə, komandaya görə hər kəs mübarizə aparmağa məcburdur. Burdan qazandığımız həm 3 xaldır, həm də ailəmizə çörəkdir. Məşqçinin bizə ümidi var. Açıq danışaq, boş-boşuna pul almırıq, axı. Ona görə də əlimizdən gələni etməliyik.

- Bundan sonraki 4 matç finala bərabər olacaq. Növbəti turlarda olduqca güclü “Qarabağ” və “Sumqayıt”la qarşılaşacaqsınız..

- Belə deyim, yaxşı futbolçu, yaxşı kollektiv çətin vaxtlarda bilinir. Bəlkə də, qarşıdakı 4 oyunu da qələbə ilə başa vurub, Avrokuboklara getsək, hamımız qəhrəman kimi üzə çıxacağıq. O vaxt artıq hamı deyəcək ki, “Zirə” başqadır. Bu gün mənim də bir neçə epizodda şansım oldu. Sadəcə, alınmır. “Keşlə” bizdən çox üstün oynamadı. İki standart vəziyyətdə iki qol buraxdıq.

Daha çox


Son xəbərlər