Yığmamız penaltilərdə uduzdu

Yığmamız penaltilərdə uduzdu
XƏBƏR 20 Aprel 2018 / 20:40 2410
-  A +

Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün ikinci oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Komandamızın qolunu Alina Nəhmədova vurub. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə son oyununu aprelin 22-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.
 

Daha çox


Son xəbərlər