Kaliniçin əvəzinə Mandzukiç

Kaliniçin əvəzinə Mandzukiç
XƏBƏR 20 Aprel 2018 / 18:25 4025
-  A +

“Milan” mövsümün sonunda hücumçusu Nikola Kaliniçlə yolları ayıracaq.

Qol.az-ın məlumatına görə, bu barədə “Football İtalia” xəbər yayıb.

Ötən ilin yayında “Fiorentina”dan 25 milyon avroya transfer edilən xorvatiyalı forvard ümidləri doğrultmayıb.

“Rassonyerlər” Kaliniçin əvəzləyicisini də  tapıb. Bu, “Yuventus”un hücumçusu Mario Madzukiçdir.
Turin klubu da 31 yaşlı hücumçunu göndərməyin əleyhinə deyil.

Qeyd edək ki, Mandçukiç bu mövsüm “Yuventus”un heyətində 38 oyuna 10 qol vurub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı