İbrahimoviç mundialda oynayacaq? - baş məşqçidən açıqlama

İbrahimoviç mundialda oynayacaq? - baş məşqçidən açıqlama
XƏBƏR 20 Aprel 2018 / 17:25 3962
-  A +

İsveç millisinin baş məşqçisi Yanne Andersson yığmanın sabiq futbolçusu Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, hücumçunu yığmaya yenidən dəvət etməyi düşünmədiyini söyləyib: " Avro-2016-dan sonra Zlatan və  bir neçə futbolçu millidəki karyerasını başa vurduğunu açıqladılar, mən də onların qərarlarına hörmətlə yanaşdım. Mətbuatda yazılanlara və Zlatanın dediklərinə ciddi yanaşa bilmirəm. Ancaq öz aramızda danışılanlara əsaslana bilərəm. Onunla aramızda dialoq oldu və açıq şəkildə nə istədiyini izah etdi. Mən də öz növbəmdə onunla razılaşdım. Zlatan dünya çempionatı ilə bağlı planlarıma daxil deyil. Çünki o, millidə oynamaqdan imtina edib".

Qeyd edək ki, Z.İbrahimoviç son açıqlamasında dünya çempionatında oynayacağını açıqlmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın