"Arsenal"ın yeni baş məşqçisi bu gün açıqlana bilər

"Arsenal"ın yeni baş məşqçisi bu gün açıqlana bilər
XƏBƏR 20 Aprel 2018 / 15:53 4026
-  A +

"Arsenal"ın yeni baş məşqçisinin adı bu gün açıqlana bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə "The Sun" məlumat yayıb. Klubun icraçı direktoru İvan Qazidisomun bu gün Bakı vaxtı ilə saat 20:00-da keçirəcəyi iclasda yeni baş məşqçinin adını açıqlaya biləcəyi vurğulanıb.

"The Mirror" qəzeti isə yazıb ki, London klubunun yeni baş məşqçisi "Nyu-York Siti"nin çalışdırıcısı  Patrik Vieyra ola bilər.

Qeyd edək ki,  P.Vieyra futbolçu karyerası ərzində 1996-2005-ci illərdə London təmsilçisinin şərəfini qoruyub.

Xatırladaq ki, “Arsenal”ın baş məşqçisi Arsen Venger mövsümün sonu tutduğu vəzifəni tərk edəcəyini açıqlayıb.


Son xəbərlər