Milliyə İspaniya və İsveçdən azərbaycanlı futbolçular çağırıldı

Milliyə İspaniya və İsveçdən azərbaycanlı futbolçular çağırıldı
XƏBƏR 20 Aprel 2018 / 13:07 3284
-  A +

2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət  yığması da yarışa qatılacaq.

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

Yığmamızın heyətini və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:

Kamran Şabiyev, Fərrux  Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı "Vətən"), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi "Qarabağ"),Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı "Keşlə"), Kamal Kazımov, Mehrac Baxşəliyev, Vüsal Mirzəyev, Ülvü Mədətov, Süleyman Damadayev (hamısı "Qəbələ"), Ayxan Cabbarov ("SAVEDALENS IF",İsveç), Vüsal Qənbərov ("Technofootball FK", İspaniya), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi "Zirə"), Nihad Cəfərov ("Neftçi"), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi "Kəpəz")


23 aprel
16:00. Türkiyə-2 – Azərbaycan
 
25 aprel
16:00. Gürcüstan – Azərbaycan
 
27 aprel
17:00. Türkiyə - Azərbaycan


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın