"Qarabağ"ın çempionluq oyunu TV-də yayımlanmır - narazılıq

"Qarabağ"ın çempionluq oyunu TV-də yayımlanmır - narazılıq
ÖLKƏ FUTBOLU 20 Aprel 2018 / 10:38 4256
-  A +

Topaz Premyer Liqanın 24-cü turunda keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu canlı yayımlanmayacaq.

Qol.az xəbər verir ki, "Sumqayıt"ın istəyi ilə oyunun bir gün sonraya - aprelin 22-nə təyin edilməsi telekanalın planlarını pozub. Əldə etdiyimiz məlumata görə, telekanal Peşəkar Futbol Liqasının istəyi ilə "Sumqayıt" - "Qarabağ" matçını deyil, bu görüşlə eyni vaxtda (19:00) başlanacaq  "Neftçi" - "Qəbələ" oyununu canlı  yayımlayacaq.

Məsələ ilə əlaqədar PFL və telekanaldan şərh almaq mümkün olmayıb.

Əldə etdiyimiz başqa bir məlumata görə, qalib gələcəyi halda "Qarabağ"ın çempion olacağı bu matçın yayımlanmayacağı Ağdam klubunda narazılıqla qarşılanıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord